( 26 Ramazan1442 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:28 07:52 12:54 18:15 00:21
BƏƏ-də 24-cu Beynəlxalq Quran Yarışları başlayır

BƏƏ-də 24-cu Beynəlxalq Quran Yarışları başlayır

 BƏƏ-nin "Dubay Beynəlxalq Quran Mükafatı Təşkilatı"nın təşəbbüsü ilə keçirilən 24. Beynəlxalq Qurani-Kərim yarışları bu gün, 14 Aprel 2021-ci il, öz işinə başlayır.

BƏƏ-nin 24. Beynəlxalq Qurani-Kərim yarışlarının açılış mərasimi bu gecə, Dubay əmirliyinin Dubay Mədəniyyət və Elm Sempozyumu salonunda keçiriləcək.

"Yarışlarda dünyanın bir çox İslami və qeyri-İslami ölkələrindən, xüsusi ilə də Ərəb ölkələrindən BƏƏ-də yaşayan xarici vətəndaşlar iştirak edəcəklər" - Dubayın hakiminin mədəniyyət işləri üzrə müavini və yarışların keçirilməsi komitəsinin rəisi İbrahim Məhəmməd Buməlihə deyib.

Yarışa qatılmaq istəyən xarici vətəndaşlar öz ölkələrinin səlahiyyətli orqanlarından yarışda ölkələrini təmsil etmək üçün icazə almalıdırlar.

Bu yarışlar cari ilin Mart ayının 23-də vəfat edən Dubay əmirinin müavini "Həmdan bin Raşid Ali-Məktum"un xatirəsinə həsr edilib.

BƏƏ-nin baş naziri, nazirlər məclisinin rəisi, "Böyük Dubay Mükafatı"nın təsisçisi, BƏƏ əmirinin müavini və Dubayın hakimi Məhəmməd bin Raşid Ali-Məktum yarışlara nəzarət edir.

Dubayın hakiminin mədəniyyət işləri üzrə müavini və yarışların keçirilməsi komitəsinin rəisi İbrahim Məhəmməd Buməlihə vətəndaşları pandemiya protokollarına riayət etmək şərti ilə Quran yarışlarını dinləmək üçün yarışların keçiriləcəyi məkana dəvət edib.