( 26 Ramazan1442 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:28 07:52 12:54 18:15 00:21
BƏƏ-də virtual beynəlxalq Quran hifzi yarışları keçiriləcək

BƏƏ-də virtual beynəlxalq Quran hifzi yarışları keçiriləcək

BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) illik beynəlxalq Qurani-Kərimin hifzi yarışları Məktum Quran Hifzi Mərkəzinin təşəbbüsü ilə bu il virtual formatda keçiriləcək.

Dubayın İslami İşlər və Xeyriyyəçilik Fəatliyyətləri İdarəsinin nəzdində fəaliyyət göstərən Məktum Quran Hifzi Mərkəzi 2021-ci ildə 21-ci beynəlxalq Quran hifzi yarışlarının virtual formatda keçiriləcəyi barədə məlumat verib.

Müxtəlif yaş kateqoriyalarını əhatə edəcək bu virtual müsabiqə Zoom proqramı üzərində keçiriləcək.

Məktum Quran Hifzi Mərkəzinin rəisi Həmd əl-Xəzrəci deyib: "Bu yarışlar tələbə və şagirdlərin Quran hifzi səviyyəsini müxtəlif yaş kateqoriyaları üzrə inkişaf etdirmək hədəfi ilə keçirilir və yarışların baş tutması üçün yeni texnologiyadan istifadə edilir".

Müsabiqə iştirakçıları Qurani-Kərim 30-cu cüzünün yarısı, Quranın son beş cüzi, Quranın 30-cu cüzi, 20 cüz, 10 cüz, 15 cüz, 5 cüz, 3 cüz və bütün Quranın hifzi üzrə rəqabət aparacaqlar.

Quran hifzi yarışları Aprel ayının 10-dək davam edəcək və final mərhələsində qalib yarışçılara müfakat veriləcək.