( 4 Ramazan1442 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:28 07:52 12:54 18:15 00:21
İsveç polisi Qurana hörmətsizlik edən cinayətkarları axtarır

İsveç polisi Qurana hörmətsizlik edən cinayətkarları axtarır

Cari həftənin Cümə Axşamı günü İsveçin Vetlanda şəhərinin parklarından birində parçalanaraq yerə atılmış Quran nüsxəsi tapılıb.

Bu işi görən cinayətkarlar yerə atdıqları Quran parçalarının üzərinə Çöldonuzunun kəsilmiş başını qoymuşdular.

Hadisə barədə polisə məlumat verilib.

İsveç polisi Qurana hörmətsizlik edən cinayətkarların axtarışına başlayıb.

Polis bu hadisənin cəmiyyətdə dini və irqi nifrətin yayılması və dindarların təhrik edilməsi hədəfi ilə həyata keçirildiyini hesab edir.

İsveçin baş naziri Stefan Löfven bu hadisəni faciə adlandırıb və bunun miqrasiya məsələsi ilə bağlı olmadığını deyib.

Qeyd edək ki, bu şəhərdə bir ay öncə əfqanıstanlı mühacirə bıçaqla zərər yetirmişdilər.