( 4 Ramazan1442 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:28 07:52 12:54 18:15 00:21
Noterdam universitetində Quran və Müqəddəs Kitab vebinarı keçirildi

Noterdam universitetində Quran və Müqəddəs Kitab vebinarı keçirildi

Cari həftənin ilk günlərində Amerikanın Noterdam universitetində "Quran və Müqəddəs Kitab" adlı virtual sərgi keçirilib.

Mart ayının 22-26-da keçirilən bu virtual sərginin haşiyəsində Zoom proqramı üzərindən eyni mövzuda virtual seminar təşkil edilib.

Virtual seminarda müsəlman, xristian və yəhudi oxucuların Quran, Tövrat və İncil barədə baxışları müzakirə edilib.

Vebinarda orta əsrdə və modernizmə yaxın dövrlərdə oxucuların Quran və Müqəddəs Kitabı necə dərk etmələri və bu səmavi kitablar arasında nə kimi əlaqə gördükləri araşdırılıb.

Virtual seminarın iştirakçıları müqəddəs səmavi kitabların arasında oxucuların baxışlarına nəzərən oxşarlıq və fərqliliklərdən danışıblar.

Qeyd edək ki, Amerkanın İndiana əyalətində yerləşən Noretdam universiteti Katolik məzhəbinə bağlı ali elmi tədqiqat müəssisəsidir.