( 12 Rəcəb1442 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:28 07:52 12:54 18:15 00:21
Seyyide-Ayat çap və nəşr edildi

Seyyide-Ayat çap və nəşr edildi

Höccətul-İslam vəl-müslimin Seyyid Abbas Musəvi Mütləqin Quran təfsiri dərsləri əsasında toplanmış "Seyyide-Ayat" (Ayələrin Ağası) kitabı çap və nəşr edilib.

Qurani-Kərimin Bəqərə surəsinin "Ayətəl-Kürsi" adı ilə məşhur olan 255-ci ayəsinin təfsirini ehtiva edən bu kitab 174 səhifədən ibarətdir.

İranın "Daneşyaran" nəşriyyatı tərəfindən çap edilən kitabda Ayətəl-Kürsinin şəni-nüzulu, Ayətəl-Kürsi barədə hədislər, Ayətəl-Kürsinin "ismi-əzəm" olması, Ayətəl-Kürsinin fəzilət və əzəməti, Həyy və Qəyyum, şəfaət, zülmətin həqiqəti, icbar və ikrah, vəli və tağut kimi terminlərin izahı verilmişdir.