( 4 Ramazan1442 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:28 07:52 12:54 18:15 00:21
Səna şəhərində milli Quran yarışması başlayıb

Səna şəhərində milli Quran yarışması başlayıb

Yəmənin şəhid generalı Şəhid Hüseyn Bədruddin əl-Husinin şəhadətinin ildönümündə (15 Mart) başlayan yarışlar bu il şəhidin adına keçirilir.

Yəmənin İslami İrşad və Fondlar Nazirliyinin Qurani-Kərimin Hifzi İdarəsinin təşəbbüsü ilə keçirilən yarışlarda 200 qadın və kişi iştirak edəcək.

Yəmənin müxtəlif əyalət və şəhərlərindən olan Quran qariləri və hafizlərinin iştirakı ilə keçiriləcək yarışlar 20 gün davam edəcək.

Yarışın açılış mərasimində ölkənin baş nazirinin müavini Hüseyn Məqbul çıxış edərək deyib: Qurani dəyərlər, Quran prinsipləri və Quran mədəniyyəti Şəhid Hüseyn Bədruddin Husinin həyatında təcəssüm tapmışdı.

O əlavə edib: Bu gün elə bir şəhid üçün toplaşmışıq ki, düşüncəsi, siyasəti və mədəniyyəti İslam dinindən qaynaqlanırdı, İslam və müsəlmanların xidmətçisi və zülm və imperializmin düşməni idi.

Açılış mərasimində çıxış edən Əllamə Əbdülməcid Husi (Yəmənin İslami Fondlar İdarəsinin rəisi) deyib: İslam ümməti Qurandan yapışdğı zaman xilas olacaq və düşmənə qələbə çalacaqdır.

O əlavə edib: Bundan öncə ölkəmizdə Quran hifzi mərkəzlərini və Quran təlimi mədrəsələrini Qurandan yapışdıqlarını iddia edən təkfirçilər (vəhabi-sələfi) idarə edirdilər. Amma keçən 6 il ərzində Yəmənin günasız vətəndaşlarını təyyarə, tank və topla qətliam etdilər və ölkənin infrastrukturunu dağıtdılar.

İslami Fondlar Nazirliyinin rəisi məktəbləri Quranın hifzi və məfhumlarını yeni nəslə təlim etməyə təşviq edərək vurğulayıb: İslami Fondlar Nazirliyi yeni nəslə Quran öyrətməyin əhəmiyyətini və Quranın cəmiyyətdəki məqamını qorumaq hədəfi ilə Quran yarışları təşkil edir.