( 7 Zilqədə1444 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:28 07:52 12:54 18:15 00:21
Türkiyə hərraca çıxarılmış doqquz Quran nüsxəsini aldı

Türkiyə hərraca çıxarılmış doqquz Quran nüsxəsini aldı

Türkiyənin İstambul şəhərinin meri İngiltərənin London şəhərinin Souzbi hərracına çıxarılmış 9 əlyazma Quran nüsxəsini və digər incəsənət əsərlərini satın alıb.

Bu barədə İstambul şəhərinin meri Əkrəm İmamoğlu öz sosial şəbəkə hesabında məlumat paylaşıb.

Bu incəsənət əsərlərinin arasında Osmanlı imperiyasının padşahı Birinci Süleymanın nadir rəsmi də vardır. Birinci Sultan Süleyman 16-cı əsrdə (1520-1566) hakimiyyət etmişdir.

İncəsənət əsərləri arasında Mövlana Cəlaləddin Ruminin "Məsnəvi" əsərindən də bəzi nüsxələr mövcuddur.

Hərracdan alımış Quran nüsxələri arasında beş surəsini ehtiva edən nüsxələrdən birinin tarixi 700 il öncəyə qayıdır. Quranın Maidə surəsinin bir hissəsini ehtiva edən nüsxəsinin tarixi isə 1100 il əvvələ aiddir. Quranın Zuxruf surəsini ehtiva edən səhifələrin isə 1200 il yaşı var.