( 12 Rəcəb1442 )
FƏCR GÜN ZÖHR ŞAM GECƏ
06:28 07:52 12:54 18:15 00:21
Türkiyənin Milli Quran Yarışlarına qeydiyyat başlayıb

Türkiyənin Milli Quran Yarışlarına qeydiyyat başlayıb

Türkiyənin illik Milli Qurani-Kərim yarışlarının qeydiyyat mərhələsinə start verilib.

Bu barədə Türkiyənin TRT dövlət televiziya kanalı xəbər verib.

TRT televiziya kanalının verdiyi xəbərə görə, Türkiyənin illik milli Quran yarışlarında iştirak etmək hamı üçün sərbəstdir. Bu yarışlarda Türkiyədə daimi və ya müvəqqəti yaşayan bütün millətlər iştirak edə bilərlər.

Qeydiyyat başa çatdıqdan sonra 2021-ci ilin Aprel ayının 13-də (mübarək Ramazan ayı ərəfəsində) yarışlarda iştirak edənlərin sayı və kimlikləri dəqiqləşdiriləcək.

Türkiyənin illik Milli Qurani-Kərim yarışlarının yekun mərasimi mübarək Ramazan ayının 27-də keçiriləcək.

Bu yarışlarda iştirak etmək istəyənlər 05050188500 nömrəli vatsap nömrəsi və ya www.trt۱tilavet.com saytına müraciət edə bilərlər.  

Qeyd edək ki, Türkiyənin illik Milli Qurani-Kərim yarışları 2017-ci ildə ilk dəfə TRT1 televiziya kanalının təşəbbüsü ilə keçirilib.